Bank Of Baku

Bakıda “Fikrət Əmirov -90” Musiqi Festivalı keçiriləcək

Bakıda “Fikrət Əmirov -90” Musiqi Festivalı keçiriləcək
# 20 noyabr 2012 10:00 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın görkəmli bəstəkarı Fikrət Əmirovun anadan olmasının 90 illiyi ilə əlaqədar “Fikrət Əmirov -90” Musiqi Festivalı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 22-30 noyabr tarixlərində keçiriləcək festival çərçivəsində müxtəlif konsertlər, tədbirlər, tamaşaların nümayişi nəzərdə tutulur. Festivala noyabrın 22-də Fəxri Xiyabanda dahi bəstəkarın məzarının ziyarət olunması ilə start veriləcək. Həmin gün Heydər Əliyev Sarayında "Fikrət Əmirov- 90" Musiqi Festivalının təntənəli açılışı və qala-konserti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR