Bank Of Baku

Bakıda Amerika günlərinin açılışı ilə bağlı konsert keçirilib

Bakıda Amerika günlərinin açılışı ilə bağlı konsert keçirilib
# 13 may 2016 18:47 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Bu gün Azərbaycan Dövlət Filarmoniyasında Amerika günlərinin açılışı ilə bağlı konsert proqramı təşkil edilib.

 

APA-nın məlumatına görə, konsertdən əvvəl açılış nitqi ilə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Amerikanın müxtəlifliyinə həsr olunmuş festivalın 1 həftə davam edəcəyini deyib. O bildirib ki, ABŞ-la Azərbaycan arasında oxşarlıqlar çoxdur və ən əsas hər iki ölkə müxtəlif dini, milli, mədəni qruplara qarşı tolerantdır. Səfir bildirib ki, hər iki xalq bu dəyərləri gələcək nəsillərə çatdırmaq niyyətindədir. O 1 həftəlik proqram çərçivəsində Amerika musiqisi, rəsmləri, mətbəxinin, müxtəlifliyinin, baxış tərzinin  Azərbaycan xalqı ilə paylaşılacağını bildirib. 

 

Tədbirdə çıxış edən Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva  2011 ci ilə Amerikada Azərbaycan günlərinin keçirildiyini xatırladıb.  O, coğrafi  baxımdan uzaq olan iki ölkənin mədəniyyət baxımından daha da yaxınlaşacağına ümid etdiyini bildirib. Daha sonra tədbir Azərbaycan musiqiçilərinin ifasında Amerika klassik musiqilərdən ibarət konsertlə davam edib. 

 

Xatırladaq ki, 13-21 may tarixlərində keçiriləcək Amerika günləri Azərbaycanda multikulturalizm ili çərçivəsində təşkil olunur. Bu günlərdə  Broadway Bound musiqi teatrının, Silver City Bound Bluqras qrupunun çıxışları, Company E ilə müasir rəqs, DJ CaveM və Alkemiyanın çıxışı, fotosərginin və ABŞ mətbəxinin nümayişi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR