Azərbaycan Televiziyası, Mədəniyyət kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə estrada ifaçılarının “Odlar ölkəsi” adlı konserti keçiriləcək.
APA-nın xəbərinə görə, konsert “Formula 1” Azərbaycan Grand Prix yarışlarına dəstək məqsədi ilə keçirilir.
Proqramda gənc ifaçılar Sərxan Cəfərov, Şövgi Əmrahov, Güllü Bəhərzalova, Nigar Xəlili, Tural Xəlilov, Şəfiqə Abbasova, Sevinc Cavadova, Ayla Şiriyeva, Safa Eldar, Fərəh Həsənzadə, Şeyda Ələsgərova, İradə Musayeva, Emin İsmayılov, Səbinə Əskərova çıxış
edəcəklər.
Layihənin rəhbəri Emin Həsənovdur. Konsert iyununun 25-də saat 18:00 da Fəvvarələr meydanında baş tutacaq.
Konsertə APA Holdinq informasiya dəstəyi verir.