Bank Of Baku

Bakıda VII Avropa kino festivalı keçiriləcək

Bakıda VII Avropa kino festivalı keçiriləcək
# 28 iyul 2016 12:15 (UTC +04:00)

Bakı-APA. Bu il noyabrın 3-də Bakıda Avropa kino festivalı  start götürəcək.

 

APA-nın xəbərinə görə, bununla bağlı “Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyevlə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasət, iqtisadiyyat, mətbuat və informasiya şöbəsinin rəhbəri Auşra Raişite-Daukantien arasında keçirilən görüşdə razılığa gəlinib. Sayca 7-ci olan festival 10 gün davam edəcək.

 

Qeyd edək ki, 2015-ci ildə VI Avropa kino festivalının proqramına 16 ölkədə - Almaniya, Finlandiya, Çexiya, Böyük Britaniya, Avstriya, Xorvatiya, Belçika, Rumıniya, İtaliya, Estoniya, Fransa, İspaniya, Latviya, Macarıstan, Bolqarıstan, İsveç və əlbəttə ki, Azərbaycanda istehsal olunmuş filmlər daxil edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR