Bank Of Baku

Beynəlxalq Muğam Mərkəzində Məmmədəli Sailə həsr edilən gecə keçirilib

Beynəlxalq Muğam Mərkəzində Məmmədəli Sailə həsr edilən gecə keçirilib
# 27 sentyabr 2017 11:48 (UTC +04:00)

Beynəlxalq Muğam Mərkəzinin və Mədəniyyət kanalının birgə təşkilatçılığı ilə tanınmış xanəndə Məmmədəli Əliyevə (Sail) həsr edilmiş ədəbi-bədii musiqili gecə təşkil edilib. APA-nın məlumatına görə, xalq artisti, tarzən Ramiz Quliyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, xanəndə Aqil Məlikov və oğlu İlqar Sail Məmmədəli Sailin yaradıcılığı haqqında danışıblar.

 

Gecədə sənətkarın ifa etdiyi “Kor ərəbin mahnısı”nın video görüntüsü nümayiş olunub. Daha sonra Səbuhi İbayev, Rəvanə Qurbanova, Məmməd Nəcəfov, Nuriyyə Hüseynova, Hüseyn Məlikov və Simarə İmanovanın ifasında sənətkarın qəzəlləri səsləndirilib.

 

 Xanəndələri “Buta” instrumental ansamblı müşayiət edib. Ansamblının bədii rəhbəri Rövşən Qurbanovdur. Kamançada Xəyyam Məmmədov, qanunda əməkdar artist Təranə Əliyeva, qarmonda Anar Niftullayev, pianoda Oruc Orucov, nağarada Amil Mustafayev, qoşanağarada Eldəniz Abdullayev, udda Əmrah Orucov, bas tarda Kamran Novruzov ifa edib.

 

Qeyd edək ki, Məmmədəli Əliyev 1936-cı ildə Bakıda anadan olub. O, “Sail” təxəllüsü ilə şerlər də yazıb. 1945-ci ildə cəbhədən yaralanaraq geri dönən Məmmədəli Milli Dram Teatrında işləməyə başlayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR