Bakı. Xanım Nağıyeva – APA. Mayın 29-da Azərbaycanın xalq artisti Brilliant Dadaşova Heydər Əliyev Sarayında “Apar məni” adlı konsert proqramı ilə çıxış edib.
APA-nın verdiyi məlumata görə, konsert proqramının aparıcılığını Murad Dadaşov və Nərgiz Cəlilova edib. Onlar Brilliant Dadaşovanın 12 ildən sonra yenidən bu səhnədə tamaşaçılarla görüşdüyünü qeyd ediblər.
Müğənni 4 saat ərzində musiqiçilərin canlı müşayiəti ilə sevilən mahnılarını ifa edib. O, həmçinin səhnəni Elza Seyidcahan, Əlixan Səmədov, Flora Kərimova, Zamiq Hüseynov, Tünzalə Ağayeva, Zülfiyyə Xanbabayeva və Rüstəm Zeynallı ilə bölüşüb.
Konsertin təşkilatçısı “Fire land” production şirkəti, rejissoru isə Nigar Hacızadədir.