Bank Of Baku

Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşları Rusiya teatrlarında təcrübə keçəcəklər

Dövlət Gənc Tamaşaçılar Teatrının əməkdaşları Rusiya teatrlarında təcrübə keçəcəklər
# 05 dekabr 2012 13:49 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı - APA. İstedadlı gənclərin yaradıcılığının dəstəklənməsi, teatr rəssamlığı, işıq və səs sahəsində qabaqcıl ölkələrin teatr təcrübəsindən istifadə edilməsi və gənc kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün Azərbaycanın ayrı-ayrı teatrlarında çalışan mütəxəssislər müxtəlif teatrlara ezam olunublar.

 

Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gənclərin müxtəlif teatrların təcrübəsini öyrənməsi ölkə başçısı İlham Əliyevin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramlarına, habelə Mədəniyyət və Turizm Nazirliyinin kollegiya qərarına uyğun olaraq həyata keçirilir.

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının quruluş hissə müdiri Zəminə Orucova, işıq üzrə rəssam Vadim Kuskov və rəssam-modelyer Aynur Məmmədova təcrübə keçmək məqsədilə Rusiya Akademik Gənclər Teatrına, Vaxtanqov adına Teatra, Moskva Akademik Bədaye Teatrına və Böyük Teatra ezam olunublar.

 

Dövlət Gənc Tamaşaçılar Teatrının mütəxəssisləri dekabrın 11-dək sözügedən teatrlarda olacaq, iş təcrübəsini bölüşəcək və yeni teatr texnologiyaları ilə tanış olacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR