Bank Of Baku

Dövlət Musiqili Teatrında Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə bağlı tədbir keçiriləcək

Dövlət Musiqili Teatrında Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə bağlı tədbir keçiriləcək
# 19 aprel 2016 11:32 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Aprelin 20-də  Azərbaycan Dövlət Musiqili Teatrında xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə bağlı tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, il ərzində N. Zeynalovanın yubiley tədbirləri müxtəlif mədəniyyət ocaqlarında davam etdiriləcək.

 

Yubiley mərasimindən N. Zeynalovanın həyat və yaradıcılığından danışılacaq, onun Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərindən bəhs olunacaq.

 

Qeyd edək ki, N. Zeynalovanın 100 illik yubiley tədbirlərinin qeyd olunması ilə əlaqədar Azərbaycan  prezidenti 17 mart 2016-cı il tarixli Sərəncam imzalayıb.

 

Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakı şəhərində anadan olub. Əslən Bakılı olan atası Kərbəlayi Cahangir dövrünün tanınmış tacirlərindən biri və aktyor olub. İki yaşında ikən atasını itirən Nəsibə Zeynalova onun yolunu davam elətdirərək aktyor peşəsini seçib və Azərbaycan teatr və kino sənətinin layiqli nümayəndələrindən biri kimi şöhrət qazanıb. N. Zeynalova 10 mart 2004-cü il tarixində Bakıda vəfat edib, məzarı Fəxri xiyabandadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR