APA-nın məlumatına görə, müğənni Bakı səhnəsində anadan olmasının 75 illiyini və yaradıcılığa başlamasının 55 illiyini qeyd edib. Tamaşaçıları salamlayan müğənni sonuncu dəfə Azərbaycanda 53 il çıxış etdiyini deyib: “Salam, gözəlləşmiş, cavanlaşmış Bakı! Mən bu şəhərdə ilk dəfə 1959-cu ildə çıxış etmişəm, o alqışları bu günə kimi xatılayıram”. Edit Pyexa bakılı pərəstişkarlarına repertuarındakı ən yaxşı mahnıları – “Gəncliyimin şəhəri”, “Ana”, “Dünyaya gülümsə”, “Sank-Peterburq” – təqdim edib.
Müğənni Bakıda Müslüm maqomayevlə ilk görüşünü də xatırlayıb. Səhnə geyimini tez-tez dəyişən Edit Pyexa bunu etməyi sevdiyini bildirib və qeyd edib ki, karyerasına başladığı dövrdə onun yaxşı geyinmək imkanı olmayıb: “İllər keçir, mən həyat yolunda irəliləyir və yalnız ən yaxşı xatirələrlə yaşayıram”.
Edit Pyexanın konsertini izləməyə gələnlər arasında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin də olub.