Bank Of Baku

Əli Əmirlinin əsəri Kalmık Milli Dram Teatrında tamaşaya qoyulub

Əli Əmirlinin əsəri Kalmık Milli Dram Teatrında tamaşaya qoyulub
# 13 dekabr 2016 10:14 (UTC +04:00)

Dekabrın 16 və 17-də Kalmıkiyanın paytaxtı Elista şəhərində əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin Kalmık Milli Dram Teatrının sifarişi ilə yazdığı "Zalamca" pyesi əsasında hazırlanmış "Gözlə məni" tamaşasının premyerası olacaq.

 

APA-nın məlumatına görə, dramaturq pyesi Kalmık ədəbiyyatının görkəmli nümayəndəsi, mühacirətdə yaşayıb yaratmış Sandji Balıkovun “Zalamca” povestinin motivləri əsasında qələmə alıb. Əsərdə dramaturq Don sahilində yaşayan qədim bir xalqın Oktyabr inqilabından əvvəlki xoşbəxt həyatını və inqilabdan sonrakı faciələrini, emiqrasiya və qaçqınlıq müsibətlərini konkret bir ailənin timsalında əks etdirib.

 

Kalmık Milli Dram Teatrının aparıcı aktyorlarının iştirakı ilə hazırlanan tamaşanın qurluşçu rejissoru Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovdur. Qeyd edək ki, B. Osmanov 2014-cü ildə Kalmık Milli Dram Teatrında Əli Əmirlinin “Sevən qadın” əsərini rus dilində tamaşaya qoyub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR