Bank Of Baku

Əliağa Vahidə həsr olunan “Füzuli yadigarı” adlı tədbir keçiriləcək

Əliağa Vahidə həsr olunan “Füzuli yadigarı” adlı tədbir keçiriləcək
# 01 iyun 2017 12:40 (UTC +04:00)

İyunun 28-də Heydər Əliyev Sarayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Əliağa Vahidin xatirəsinə həsr olunmuş “Füzuli yadigarı” adlı ədəbi bədii gecə keçiriləcək. Sarayın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, gecədə xalq artistləri Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Aygün Bayramova, əməkdar incəsənət xadimi Aqil Məlikov, əməkdar artistlər Elnarə Abdullayeva, Teyyub Aslanov, Ehtiram Hüseynov, xanəndələr Hüseyn Məlikov, Məmməd Nəcəfov və Vəfa Vəzirova iştirak edəcəklər. Konsertdə xanəndələr Əliağa Vahidin qəzəllərinə bəstələnmiş musiqi nömrələrini səsləndirəcəklər.

 

Saat 19:00 –da başlayacaq konsertin biletlərinin qiyməti 20-60 manat təşkil edir. Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və ASAN xidmət mərkəzlərindən əldə etmək olar.

 

Qeyd edək ki, konsertə APA Holding” informasiya dəstəyi verir

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR