Bank Of Baku

Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda çıxış edəcək

Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda çıxış edəcək
# 05 iyun 2017 14:12 (UTC +04:00)

Gənc Tamaşaçılarının kollektiv 11-17 iyun tarixlərində Astanada keçiriləcək “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalında Azərbaycanı təmsil edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumun direktoru, əməkdar incəsənət xadimi Mübariz Həmidovun rəhbərliyi ilə kollektiv sözügedən tədbirdə Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşası ilə çıxış edəcək.

 

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, əsas obrazların ifaçıları əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Rasim Cəfərov, aktrisalar Zümrüd Quliyeva və Səbinə Məmmədovadır. 

 

Qeyd edək ki, beynəlxalq festival Astana şəhərinin Qazaxıstan Respublikasının paytaxtı elan olunmasının 19-cu ildönümü münasibətilə təşkil olunacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR