Bank Of Baku

Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda iştirak edəcək

Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivalda iştirak edəcək
# 28 avqust 2017 15:25 (UTC +04:00)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı beynəlxalq festivala qatılacaq.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatr ölkəmizi Rusiyanın Nijnevartovsk şəhərində “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalında təmsil edəcək. 

 

Oktyabrın 25-dən 28-dək davam edəcək festivalda əməkdar artist Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə səhnəyə çıxacaq. Tamaşa oktyabrın 27-də göstəriləcək.

 

Qeyd edək ki, festivalda Rusiya, Moldova, İtaliya, Fransa və digər ölkələrin teatrları iştirak edəcək.

 

"Kontrabas" tamaşası indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR