Bank Of Baku

Gənc Tamaşaçılar Teatrı iki beynəlxalq festivalda iştirak edəcək

Gənc Tamaşaçılar Teatrı iki beynəlxalq festivalda iştirak edəcək
# 17 may 2017 12:21 (UTC +04:00)

Gənc Tamaşaçılar Teatrı Astanada keçirilən “Səhnədən salam” V Beynəlxalq Teatr Festivalı və Belarusda təşkil olunacaq “Dostluq çələngi” adı Beynəlxalq Xalq Yaradıcılığı Festivalında iştirak edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Astanada iyunun 12-dən 18-dək davam edəcək festivalda teatr İsveç dramaturqu Lars Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”) tamaşası ilə iştirak edəcək.

 

Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanov, əsas obrazların ifaçıları əməkdar artistlər Kəmalə Hüseynova, Qurban İsmayılov, Rasim Cəfərov, aktyorlar Zümrüd Quliyeva və Səbinə Məmmədovadır.

 

Belarusun  Mogilyovskiy vilayətinin Bobruysk şəhərində keçiriləcək Xalq Yaradıcılığı Festivalında isə kollektiv Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə təmsil olunacaq.

 

İyunun 28-dən iyulun 3-dək davam edəcək festival çərçivəsində müsabiqələr, şəhərin küçələrində bayram paradı, təntənəli açılış və bağlanış mərasimləri, yaradıcılıq görüşləri və konsertlər keçiriləcək.

 

Tamaşada əməkdar artisti Şövqi Hüseynov kontrabasçı rolunda çıxış edəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR