Bank Of Baku

Gənc Tamaşaçılar Teatrı Moldovada festivalda çıxış edib

Gənc Tamaşaçılar Teatrı Moldovada festivalda çıxış edib
# 28 noyabr 2016 12:51 (UTC +04:00)

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Moldovada festivalda çıxış edib.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Kontrabas” tamaşası Kişinyovda keçirilən kiçik həcmli tamaşaların “MOLDFEST.RAMPA.RU” VIII Beynəlxalq Teatr Festival-laboratoriyasında ölkəmizi təmsil edib. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan festivala Moldova, Belarus, Pribaltika, Rusiya, İsrail, Serbiya və digər ölkə teatrlarının kollektivləri qatılıb.

 

Festivalın ekspert qrupu nümayiş etdirilən hər tamaşadan sonra müzakirələr həyata keçirib. Beynəlxalq Teatr İnstitutu nəzdində (UNESCO) Beynəlxalq Mono-teatr Forumunun vitse-prezidenti Nina Mazurun rəhbəlik etdiyi ekspert qrupunda bir sıra görkəmli teatr tənqidçiləri, dramaturqlar, rejissorlar iştirak ediblər. Müzakirələrdə “Kontrabas” tamaşası festivalda iştirak edən ən uğurlu tamaşa kimi qiymətləndirilərək diplom və mükafatına layiq görülüb.

 

Festival çərçivəsində aktyor və rejissor sənətinə aid bir sıra treninqlər, ustad dərsləri və tamaşaların müzakirələri də keçirilib, teatr daha bir neçə ölkədə keçiriləcək beynəlxalq festivallara dəvət alıb.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR