Gənc Tamaşaçılar Teatrında isveçli dramaturqun əsəri səhnəyə hazırlanır

Gənc Tamaşaçılar Teatrında isveçli dramaturqun əsəri səhnəyə hazırlanır
# 22 iyun 2016 10:37 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Dövlət Gənc Tamaşaçılar Teatrında beynəlxalq layihə çərçivəsində yeni tamaşanın məşq prosesinə start verilib.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İsveç dramaturqu Astrid Lindqrenin “Uzuncorab Peppi” əsəri əsasında hazırlanan yeni səhnə əsərinin quruluşçu rejissoru Roni Danielson və əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Sebastian (İsveç), aranjemançı Rüfət Ramazanov, səhnə hərəkəti və plastikası Vüsal Mehrəliyev, rejissor assistenti Sona Mustafayevadır.

Müzikl tamaşada əməkdar artistlər Nəsibə Eldarova, Gülər Nəbiyeva, aktyorlar Zümrüd Quliyeva, Anar Seyfullayev, Gülbəniz Mustafayeva, Aygün Fətullayeva, Güşvər Şərifova, İlqarə Tosova, Venera Abbasova, Hüsniyyə Əhmədova, Xalidə Əliməmmədova, Könül Əbilova, Eyvaz İbrahimov, Elgün Yəhyayev, Vahid Orucoğlu, Ramil Məmmədov və Elnur Əliyev iştirak edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR