Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrı Bakıda qastrol tamaşası ilə çıxış edib. APA-nın məlumatına görə, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olan yaradıcı heyət qarşılıqlı yaradıcılıq müqaviləsinə uyğun olaraq L.Titova və A.Starotorjskinin “Королевская корова” (“Kralın inəyi”) tamaşasını nümayiş etdirib.
Tamaşanın quruluşçu rejissoru Quram Breqadze, rəssamı Lomqul Murusidze, xoreoqrafı Qiya Marqaniya, musiqi tərtibatçısı Zurab İnqorokvadır.
Əsas obrazların ifaçıları Sergey Şvedkov, Tamara Tsikvitinidze, Nino Mumladze, Den Xlıbov, Anna Lejava, Edmon Qabedava, Aleksey Lobov, Nikolay Doniy, Levan Qvazavadır.
Qastrol səfərinin bağlanış mərasimində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov və baş rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanov çıxış edərək iki teatr arasında gələcəkdə də yaradıcılıq əməkdaşlığının qastrol tamaşaları, rejissor və aktyor mübadilələri ilə möhkəmlənəcəyini vurğulayıblar.