Bank Of Baku

Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Bakıya gəlir - FOTO

Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Bakıya gəlir    - <span style="color: red;">FOTO
# 13 noyabr 2012 14:22 (UTC +04:00)

 

 

Bakı. Ülkər Rəşidqızı - APA. Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Bakıya qastrol səfərinə gəlir.

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sözügedən teatrın yaradıcı heyətinin iştirakı ilə Bakıda mətbuat konfransı keçiriləcək. Konfransda hər iki teatrın direktorları çıxış edərək, qastrol səfərlərinin ölkə teatrları və teatr mütəxəssisləri arasında yaradıcılıq mübadiləsi üçün əhəmiyyətindən danışacaqlar.

 

Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrının Bakıya səfəri 15-16 noyabr tarixlərində baş tutacaq. Səfər çərçivəsində qonaq kollektiv Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında qastrol tamaşası ilə çıxış edəcək, noyabrın 15-16-da Eduard Uspenskinin “Dyadya Fyodor, pyos i kot” tamaşasını nümayiş etdirəcək. Nağıl janrında olan ikihissəli tamaşanın rejissoru A.Radoçinski, rəssamı V.Litvinov, geyim üzrə rəssamı T.Kolesnikova, baletmeysteri L.Kameletdinovadır. Səhnə əsərində rolları Kirill Sobolev, Yekaterina Sneqiryeva, Yelena Romaşkina, Yevgeni Pşeniçnıy, İqor Petruxin, Anna Maksakova, Stanislav Juravlyov, Yuri Aşayev və başqaları ifa edəcəklər.

 

Qeyd edək ki, 1933-cü ildə yaradılmış Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiya Federasiyasının qədim tarixə malik teatrlarından biridir. Teatrın bədii rəhbəri Rusiyanın xalq artisti Yuri Vladimiroviç Koçetkovdur. Teatrın repertuarında azyaşlı tamaşaçılar üçün “Skazka o zolotoy ribke”, “Skazka o pope i eqo rabotnike Balde”, “Sindbad-morexod”, “Alenkiy svetocek”, “Konek-qorbunok”, “Dyadya Fyodor, Pyes i Kot”, eləcə də digər yaş kateqoriyalarını əhatə edən tamaşaçılar üçün “Tri muşketyora”, “Primadonnı”, “Strasti po Torçalovu” və başqa səhnə əsərləri var. 2008-ci ildə teatrın 75 illik yubileyi qeyd olunub. İkitərəfli yaradıcılıq müqaviləsinə əsasən gələn il Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın Həştərxan şəhərinə qastrol səfəri edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR