Heydər Əliyev Mərkəzinin parkında həftə sonları müxtəlif əyləncə proqramları təşkil edilir.
Mərkəzdən APA-ya verilən məlumata görə, bu həftəsonu isə Mərkəzin parkında “BuzZ band”in konserti olub.
Şəhər sakinləri və qonaqlar gözəl musiqilərin sədaları altında dincəlib və rəqslər ediblər.