Bank Of Baku

İranlı kinematoqraflar Azərbaycanda teleserial çəkir - FOTO

İranlı kinematoqraflar Azərbaycanda teleserial çəkir - <span style="color: red;">FOTO
# 21 noyabr 2012 11:45 (UTC +04:00)

 

 

Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanda iki teleserial çəkilir. Filmlərin hazılanması üçün İranın məşhur kinematoqrafçıları – Babək Şirinsifət, Mehdi Pərizad və digərləri Azərbaycana dəvət olunub. “Aydın” və  “Çaqqal nəfəsi” adlı çoxseriyalı filmlər çəkilişləri tamamlandıqdan sonra yerli telekanalların birində nümayiş olunacaq. Bu barədə APA-ya serialları çəkən “Kaspi Global” istehsalçı şirkətinin rəhbəri Şamxal Həsənli məlumat verib. Şamxal Həsənli deyib ki, “Aydın” filmi Cəfər Cabbarlının məşhur “Aydın” əsərinin motivləri əsasında hazırlanır. Filmin ssenarisi üzərində Rüstəm İbrahimbəyovun kino məktəbinin tələbəsi Nərgiz Bağırzadə çalışır. Hazırda filmin aktyor heyətinin seçimləri gedir.

 

Şirkət rəhbəri onu da əlavə edib ki, “Çaqqal nəfəsi” adlı ikinci serialda əməkdar artist Qurban İsmayılov, Gülzar Qurbanova,  Rasim Cəfərov və digər tanınmış aktyorlar rol alıb. Ekran əsərində teleaparıcı Səxavət Nur da debütünü edib. Kriminal melodram janrında olan serialin əsas ana xətti bir neçə paralel süjet üzərində  qurulub. Film iki qadının taleyindən bəhs edir. Filmin ssenari müəllifi İlqar Fəhmidir. İranlı bəstəkar Hamid  Sabet seriala musiqi yazıb.

 

Qeyd edək ki, İran kino adamları sentyabr ayında “Nizami” kinoteatrında nümayiş olunan  “Su başında durmuşuq, çinarla mən” tammetrajlı sənədli filmindən Azərbaycan tamaşaçısına tanışdır. Sözügedən film  “Azərbaycanfilm” kinostudiyası və “Obafilm” Prodüser Mərkəzinin birgə istehsalı olan “Su başında durmuşuq, çinarla mən” filmi Qarabağ müharibəsi nəticəsində yurd-yuvasından məcburi köçkün düşmüş insanların taleyindən bəhs edir. Ekran əsəri on il bundan əvvəl çəkilmiş “Sıfır saatının qatarı” sənədli filminin davamı kimi lentə alınıb. Sənədli kino hekayətinin ssenari müəllifi və rejissoru iranlı kino ustası Babək Şirinsifət, montaj edəni Mehdi Pərizad, Babək Şirinsifət, operatoru Aydın Şirinsifət, musiqi müəllifi Hamid Sabet, səs operatoru Qafur Şirinsifətdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR