Bank Of Baku

İstanbulda Azərbaycanlı dramaturqun pyesi tamaşaya qoyulub

İstanbulda Azərbaycanlı dramaturqun pyesi tamaşaya qoyulub
# 24 avqust 2016 23:09 (UTC +04:00)

İstanbul. Mayıs Əlizadə-APA. İstanbulun Şişli rayonunda yerləşən Oda (kamera) teatrında  tanınmış Azərbaycan dramaturqu Firuz Mustafanın “Müqəvva” pyesi tamaşaya qoyulub.

 

APA-nın məlumatına görə, əsərin ilk tamaşasına Türkiyənin sənət ictimaiyyəti və ölkədə yaşayan Azərbaycan vətəndaşları yaxından maraq göstəriblər.

 

Rejissor Elçin İmanovun tamaşaya qoyduğu əsərin baş rolunu İstanbulda yaşayan Azərbaycanlı aktrisa Kamalə  Kamal   oynayıb. Azərbaycan dilində səhnələnən əsərin quruluşçu rəssamı İstanbulda yaşayan Azərbaycanlı  rəng sənəti ustası Tariyel Əlizadə, bəstəkarı isə Elçin Emindir. Afişalarda Türk sənətsevərlərə “Manken” adıyla təqdim edilən pyes 25 avqust  və 1 sentyabr tarixində yenidən nümayiş etdiriləcək.

 

1 sentyabr Ümumdünya sülh günündə əsər tamaşaçılara biletsiz təqdim ediləcək. Tamaşanın başa çatmasından sonra çıxış edən yazar-dramaturq  Firuz Mustafa  əsərinin İstanbulda tamaşaya qoyulmasından çox razı qaldığını   bildirib. “Bundan sonra Türkiyə ilə ədəbi- bədii  əlaqələrimi daha da  gücləndirməyi düşünürəm. ”Müqəvva” pyesimin Azərbaycan dilində oynanmasına baxmayaraq, tamaşaçıların   reaksiyası  göstərdi ki, biz qardaş Türkiyənin sənətsevərlərinin qarşısına çıxmaqdan çəkinməməliyik. Yaxın gələcəkdə başqa əsərlərimi Türkiyənin bəzi teatrlarına təqdim edəcəyəm”- deyə Firuz Mustafa vurğulayıb.

 

Aktrisa Kamalə Kamal isə Firuz Mustafanın “Manken” əsərinin uzun müddət repertuarda qalacağını, yaxın gələcəkdə Azərbaycanlı başqa bir yazarın əsəri üzərində məşqlərə başlayacaqlarını deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR