Bank Of Baku

İstiqlal Muzeyində "Gəncliyin seçimi – müstəqillik” sərgisi açılıb

İstiqlal Muzeyində "Gəncliyin seçimi – müstəqillik” sərgisi açılıb
# 14 oktyabr 2016 15:20 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunan “Gəncliyin seçimi – müstəqillik” adlı sərgi açılıb. APA-nın məlumatına görə, sərgidə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin 60 əsəri nümayiş olunub, mərasimdə tələbələrə fəxri diplomlar təqdim edilib.

 

Muzeyin direktoru Fəridə Şəmsi bildirib ki, rəhbərlik etdiyi muzey Azərbaycan tarixi ilə bağlı müxtəlif tədbirlər keçirir, gənc rəssamların tariximizlə əlaqədar əsərlərindən ibarət sərgiləri mütəmadi olaraq təşkil edir.  

 

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı Fuad Salayev, əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, dosent İmran Kərimov və başqaları gənc rəssamların yaradıcılığına olan diqqətdən danışıb, təşkil olunan tədbirlərin onların yaradıcılığa daha həvəsləndirdiyini diqqətə çatdırıblar.

 

Tədbirdə Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin rəqs qrupu müxtəlif rəqslər ifa ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR