Bakı. Ülkər Rəşidqızı – APA. İtaliyanın UNESCO üzrə Milli Komissiyası tərəfindən IX Castello Di Duino Beynəlxalq Poeziya və Teatr Müsabiqəsinin keçirilməsi nəzərdə tutulur.
APA-nın məlumatına görə, «Gələcək ... dünyada yeri» mövzusuna həsr olunmuş müsabiqəyə ana dilində yazılmış (ingilis, ispan, italyan və ya fransız dillərindən birinə tərcümə edilməklə) şeir və ya səhnə əsərləri təqdim oluna bilər.
Fərdi işlər dekabrın 15-də, müəllim və şagirdlərin birgə layihələri isə 2013-cü il yanvarın 7-dən təşkilatçılara çatdırılmalıdır. Müsabiqədə iştirak etmək üçün yuxarı yaş həddi 30 yaş müəyyən edilib. Qaliblərə mükafatlar təqdim olunacaq.