Bank Of Baku

Kalmık teatrı Gənc Tamaşaçılar Teatrında çıxış edib

Kalmık teatrı Gənc Tamaşaçılar Teatrında çıxış edib
# 17 oktyabr 2016 15:56 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Rusiya Federasiyası Kalmık Milli Dram Teatrının Azərbaycana növbəti qastrol səfəri başa çatıb.

 

Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qastrol səfəri çərçivəsində yaradıcı kollektiv Y. Şyutskinin “Üç donuz balası”, B. Basanqovun “Təəccüb doğuran hadisə” əsəri əsasında V. Şuqrayeva və Ə. Əmirlinin səhnə üçün işlədikləri “Qohumlar” tamaşaları ilə çıxış edib.

 

Qastrol səfərinin son günü B. Basanqov adına Kalmık Milli Dram Teatrının bədii rəhbəri, RF və Kalmıkiyanın əməkdar incəsənət xadimi Boris Manciyevin hazırladığı “Qohumlar” tamaşası Dövlət Gənc Tamaşaçılar Teatrı və Kalmık Milli Dram Teatrının aktyorlarının ifasında nümayiş etdirilib.

 

Tamaşadan sonra çıxış edən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artisti Mübariz Həmidov, teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov 5 ildən artıq davam edən yaradıcılıq münasibətlərinin yaranma tarixi, iki teatr arasındakı uğurlu yaradıcılıq müqaviləsi haqqında ətraflı danışaraq, nümayiş etdirilən tamaşalar və qastrol səfərinə görə Kalmık Teatrına təşəkkürlərini bildiriblər.

 

Mətbuat xidmətindən əlavə ediblər ki, noyabr ayının ilk ongünlüyündə Dövlət Gənc Tamaşaçılar Teatrı Kalmıkiyaya qastrol səfəri edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR