Bank Of Baku

Lənkəran teatrında yeni uşaq tamaşasının premyerası olub

Lənkəran teatrında yeni uşaq tamaşasının premyerası olub
# 15 fevral 2016 07:35 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında yazıçı Xanım Həsənovanın “Tülkü, tülkü, tünbəki”  adlı  musiqili-nəğməli  nağıl - pyesinin motivləri əsasında  hazırlanmış tamaşanın premyerası keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, alleqorik  səpkidə qurulan bu səhnə əsərinin mövzusu  cəmiyyətdə sülh və dostluğun təbliğinə həsr olunub. 

 

Uşaqların böyük maraqla izlədikləri tamaşanın quruluşçu rejissoru Tərlan Abdullayev, rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları aktyorlardan Hikmət Cəfərov, Sayad Əliyev, Emin Fərzullayev, Şəbnəm Hüseynova, Emil Rzayev və “Ümid” teatr studiyasının üzvləri ifa edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR