Bank Of Baku

Məşhur iranlı rejissor vəfat edib

Məşhur iranlı rejissor vəfat edib
# 05 iyul 2016 08:29 (UTC +04:00)

Bakı. Cavids Zeynallı – APA. Məşhur İran rejissoru Abbas Kiarostami dünyasını dəyişib.

 

APA-nın məlumatına görə, 76 yaşlı rejissor Parisdə vəfat edib. Xərçəng xəstəliyindən əziyyət çəkən rejissor bir neçə dəfə əməliyyat olunmuşdu.

 

Abbas Kiarostami 1940-cı ildə Tehranda doğulub. 1970-ci ildən rejissor karyerasına başlayıb və 40-dan çox film çəkib. A. Kirostami 1997-ci ildə “Albalı dadı” filminə görə Kann kinofestivalında “Qızıl palma budağı”na layiq görülüb. Onun “Albalı dadı”, “Dostumun evi haradadır”, “Zeytun ağacları altında” və s filmləri İran kino tarixinin ən yaxşı filmləri hesab olunur.

 

A. Kiarostami 1979-cu ildə İslam inqilabının sonra Qərbə mühacirətə getməyən azsaylı kino xadimlərindən biri idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR