Bakı. Ülkər Rəşidqızı - APA. Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun 200 illik yubileyi keçiriləcək.
APA-nın məlumatına görə, yubiley mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaq.
Noyabrın 27-də keçirilməsi nəzərdə tutulan yubiley mərasiminin quruluşçu rejissoru Vaqif Əsədovdur. Həmin gün M.F.Axundovun həyat və yaradıcılığından söhbət açılacaq, teatrın foyesində sərgi nümayiş etdiriləcək, eləcə də tamaşalardan parçalar göstəriləcək.