Bank Of Baku

Münhen Yeni Filarmonik Orkestri Bakı Musiqi Akademiyasında konsert verib

Münhen Yeni Filarmonik Orkestri Bakı Musiqi Akademiyasında konsert verib
# 27 sentyabr 2017 15:56 (UTC +04:00)

“Münhen Yeni Filarmonik Orkestri” Ü. Hacıbəyli IX Musiqi Festivalı çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində konsert proqramı ilə çıxış edib.

 

APA-nın xəbərinə görə, bununla əlaqədar olaraq sentyabrın 27-də Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “Münhen Yeni Filarmonik Orkestri” və “Baku Chamber Orkestri” musiqiçilərinin konserti keçirilib. Hər iki orkestrin birgə ifasını təşkil edən konsert Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Təhsil Nazirliyinin dəstəyilə baş tutub.

 

Orkestrlərin bədii rəhbəri və baş dirijoru Əməkdar artist Fuad İbrahimovdur.

 

İlk öncə səhnədə orkestrin ifaçılarından ibarət ansamblın ifasında – İohan Petelius Leypsiq “Qüllə Sonatası”, Yosef   Haydn “Simli kvartet” və Moris Ravel “Kuperenin məzarı” əsərləri səslənib. Daha sonra orkestrlərin ifasında Fransız bəstəkarı Eduard Lalonun “Violonçel və orkestr üçün konsert”i ifa olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR