Bank Of Baku

Musiqili Teatr mövsümə “Baladadaşın toy hamamı” tamaşası ilə yekun vuracaq

Musiqili Teatr mövsümə “Baladadaşın toy hamamı” tamaşası ilə yekun vuracaq
# 08 iyul 2016 13:29 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Musiqili Teatrı iyulun 16-da “Baladadaşın toy hamamı” tamaşası ilə mövsümə yekun vuracaq.

 

Teatrın mətbuat katibi Samir Sədaqətoğlunun APA-ya verdiyi məlumata görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, bəstəkarı Firudin Allahverdi, səhnələşdirəni əməkdar artist Nofəl Vəliyev, quruluşçu-dirijoru Fəxrəddin Atayev, quruluşçu-rəssamı xalq rəssamı Tahir Tahirov, baletmeysterləri Yelena və Zakir Ağayevlər, musiqi rəhbəri əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovdur. 

 

Tamaşada səslənən mahnıların sözləri Vüqar Əbdülova məxsusdur. Rolları xalq artistləri Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Novruz Qartal, Almaz Ələsgərova, Çingiz Əhmədov, aktyorlar Məhərrəm Qurbanov, Əmrah Dadaşov, Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Əliməmməd Novruzov, Gülçöhrə Abdullayeva, Fərid Rzayev, Aydan Həsənova, Gültac və Hüseyn Əlililər, Elçin İmanov, Şaban Cəfərov, Gülnarə Abdullayeva, Elnarə Nağdəliyeva, Nigar Qarayeva, Nahid İsgəndərzadə və Rahib Məmmədzadə ifa edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR