Bank Of Baku

Muzey Mərkəzində “Gözəllik nuru-2016” sərgi və konsert keçirilib

Muzey Mərkəzində “Gözəllik nuru-2016” sərgi və konsert keçirilib
# 04 mart 2016 17:49 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Muzey Mərkəzində 8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Gözəllik nuru-2016” sərgi və konsert keçirilib. APA-nın məlumatına görə, tədbirdə iştirak edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Azərbaycan qadının mədəni-ictimai həyatdakı rolundan danışıb, bayram münasibəti ilə qadınları təbrik edib.

 

Mərasim Mədəniyyət və Turizm Nazirliyi, Muzey Mərkəzi, Milli Musiqi Komitəsi və “Kukla” Art Qalereyası tərəfindən təşkil olub. Qeyd olunub ki, “Gözəllik nuru” incəsənət layihəsi qadınların incəsənət və həyatdakı rolu ideyasına həsr olunub. Ənənəvi olaraq hər il davamlı surətdə keçirilən layihənin növbəti mərhələsi də 8 mart Beynəlxalq Qadınlar Gününə həsr edilib.

 

Təqdimatda  baş tutan konsertdə klassik musiqi nümunələri səslənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR