Nizami Kino Mərkəzində “Frankenşteyn” tamaşası nümayiş olunacaq. Mərkəzdən APA-ya verilən məlumata görə, tamaşa noyabrın 16-da və 21-də təqdim olunacaq.
British Council Azərbaycan, Mədəniyyət və Turizm Nazirliyi, Cool Connections şirkətinin ilə birgə təşkilatçılığı ilə baş tutacaq tamaşanın nümayişi rus dilində alt yazılarla olacaq.
Britaniya Milli teatrınınn quruluş verdiyi “Frankenşteyn” tamaşasının rejissoru Denni Boyldur. Səhnə əsəri Nik Diranın Meri Şellinin romanı üzərində yazdığı pyesin əsasında hazırlanıb. Səhnə əsəri doktor Viktor Frankenşteynin ölən insanların parçalarından yaratdığı varlığdan bəhs edir.
Baş rolları Benedikt Kamberbetç, Li Miller, Ella Smit, Con Killoran, Stiven Elliot, Karl Conson, Deniel Millar, Lizzi Uinkler və başqa aktyorlar ifa edir.
Layihənin məqsədi tamaşaçıya ölkəsini tərk etmədən dünya teatr və incəsənət şedevrlərini izləməyə imkan yaratmaqdır. Nümayiş olunan səhnə əsərləri Londonda və ümumilikdə Britaniyada ən çox uğur qazanmış tamaşalardır.