Bakı. Cavid Zeynallı – APA. Mayın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin “Karmen” operası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada Xoze partiyasını ifa etmək üçün Opera və Balet Teatrının rəhbərliyi Ukrayna Milli Operasının aparıcı solisti, Ukraynanın xalq artisti Andrey Romanenkonu dəvət edilib. Karmen rolunda isə gənc vokalçı Çinarə Şirin çıxış edəcək.
Tamaşada digər partiyaları xalq artisti Əli Əsgərov (Suniqo), əməkdar artistlər İnarə Babayeva (Mikaella), Gülnaz İsmayılova (Fraskita), Anton Ferştandt (Eskamilio) və b. çıxış edəcəklər.
Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.