Bank Of Baku

Rəssamlar İttifaqında tanınmış rəssam İmran Nurəlinin fərdi sərgisi açılıb

Rəssamlar İttifaqında tanınmış rəssam İmran Nurəlinin fərdi sərgisi açılıb
# 19 noyabr 2012 12:54 (UTC +04:00)

 

APA-nın məlumatına görə, əvvəlcə tədbirdə rəssamın müəllifi olduğu sənət nümunələri haqqında açıqlama verilib.

 

Vəkil Aslan İsmayılov çıxışında mətbuatın həqiqi mədəniyyət və incəsənət nümunələrinə  ögey münasibətindən gileylənib. İ.Nurəlinin yaradıcılığından danışan A.İsmayılov rəssama layiq olunan diqqətin göstərilmədiyini bildirib: “Buna baxmayaraq, rəssamın dünyanın bir çox ölkələrində fərdi sərgisi açılıb”.


Yaradıcılığı haqda danışan İmran Nurəli məşhur ispan rəssamı “Geopolitik uşaq doğulan yeni adama baxır” tablosu haqqında çıxış edib. O bildirib ki, rəssamın şəkildə göstərdiyi dörd adamdan biri də məhz odur: “Salvador Dalinin çəkdiyi rəqəmlərdən ibarət portretə nəzər yetirsək, buna bir daha əmin olarıq. Rəsmdə göstərilən daha iki rəssam isə hələ doğulmayıb”. Özünün qeyri-adi gücə malik olduğunu söyləyən rəssam bildirib ki, çəkdiyi portretlərin eskizlərini yuxuda olarkən müəyyən edir.

 

Qeyd edək ki, 7 gün davam edəcək sərginin Rusiya və ABŞ-da keçirilməsi də nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR