Bank Of Baku

Rus Dram Teatrının aktrisası 70 illiyi münasibətilə təltif edilib

Rus Dram Teatrının aktrisası 70 illiyi münasibətilə təltif edilib
# 03 fevral 2016 08:39 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası Yevgeniya Stepanovna Nevmerjitskaya 70 illik yubileyi münasibətilə və teatr sənəti sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

 

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyatının 50 ildən çoxunu səhnəyə həsr Y. Nevmerjitskaya Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1963-cü ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında çalışır. Bu illər ərzində teatrın səhnəsində 70-dən artıq rol oynayıb, xarakterik qadın rollarının ifaçısı kimi tanınıb. Aktrisa 2000-ci ildə əməkdar artist fəxri adına layiq görülüb, 2006-cı ildən prezident təqaüdçüsüdür. 2016-cı il yanvarın 17-də aktrisanın 70 illiyi çalışdığı doğma teatrda yubiley tamaşası ilə qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR