Şabran. Vəli Turan – APA. Bu gün Şabran rayonunda “Əsgər papağı” tamaşası nümayiş etdirilib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, tamaşanın müəllifi Elnurə Abdullayeva bildirib ki, tamaşa Xocalıda törədilən hadisələrdən bəhs edir.
Onun sözlərinə görə, tamaşa sabah Bakının Yasamal rayonunda nümayiş olunacaq.
Qeyd edək ki, Şuşa Dövlət Musiqili Dram Teatrının 13 nəfərlik yaradıcı heyəti Şabran rayonuna səfər edib.