Bank Of Baku

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan konsert keçirilib

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan konsert keçirilib
# 31 may 2017 15:32 (UTC +04:00)

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə Heydər Əliyev Sarayında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Pillə” adlı bayram konserti keçirilib.

 

İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bayram konsertində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov və digər qonaqlar iştirak ediblər.

 

Konsertin təşkilində məqsəd gənc və istedadlı uşaqların yaradıcı potensiallarının üzə çıxarılması olub. Tədbirdə idarənin nəzdində olan Bakı şəhər uşaq musiqi və incəsənət məktəblərində təhsil alan şagirdlərin iştirakı ilə konsert proqramı təqdim edilib. Eyni zamanda Bakı incəsənət məktəblərində təhsil alan istedadlı uşaqların əl işlərindən ibarət sərgi təşkil olunub. Üzeyir Hacıbəyli, Qara Qarayev, Arif Məlikov, Sevil Əliyeva, Müslüm Maqomayev, Tofiq Quliyev, Pyotr Çaykovski, Dino Fekaris, Robertino Loretti, Dmitriy Saratskiy və digər Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən ibarət konsert yüksək bayram əhval ruhiyyəsində keçib və bütün uşaqlara sevinc bəxş edib. 

 

Qeyd edək ki, tədbirin informasiya dəstəyi "APA Holding"ə məxsusdur.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR