Bank Of Baku

Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
# 17 sentyabr 2016 08:49 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 131 illiyi və Milli Musiqi günü münasibətilə mədəniyyət və incəsənət xadimləri Üzeyir Hacıbəylinin məzarını ziyarət ediblər.

 

APA-nın məlumatına görə, mərasimə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov və digər şəxslər qatılıb.

 

Nazir bildirib ki, 1995-ci ildə isə prezident Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi günü kimi qeyd olunması qərara alınıb.

 

Azərbaycan musiqisinin böyük inkişaf yolu keçdiyini bildirən Ə. Qarayev qeyd edib ki, "Üzeyir Musiqi Günləri" artıq musiqi bayramına çevrilib: "Lakin Musiqi günü bir günlə məhdudlaşmır. Hər il Üzeyir Hacıbəyliyə həsr olunmuş ənənəvi musiqi festivalı keçirilir.  Hesab edirəm ki, bu ənənə Azərbaycan xalqı yaşayanca davam edəcək, Üzeyir bəyin adı daim yaşayacaq".

 

Nazir və incəsənət xadimləri Heydər Əliyevin, Zərifə Əliyevanın, Müslüm Maqomayevin, Tofiq Quliyevin, Rəşid Behbudovun, Fikrət Əmirovun, Qara Qarayevin və Bülbülün məzarlarını da ziyarət ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR