Bank Of Baku

Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” sərgisi açılacaq

Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” sərgisi açılacaq
# 14 sentyabr 2016 14:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Sentyabrın 15-də Azərbaycan Xalça Muzeyində “Bərpa olunmuş eksponatlar” adlı sərginin açılış mərasimi keçiriləcək.

 

Muzeyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xalça Muzeyi, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi əməkdaşlarının iştirakı ilə muzeyin bərpa və konservasiyaya ehtiyacı olan 690 ədəd eksponatının üzərində zəruri işlər həyata keçirilib.

 

“Bərpa olunmuş eksponatlar” sərgisinin keçirilməsində əsas məqsəd onların bərpa və konservasiya etdikləri sənət incilərini nümayiş etdirmək və milli sərvətimiz olan bu eksponatların daima nəzarətdə olduğunu və qorunduğunu göstərməkdir.

 

Sərgidə 49 ədəd eksponat nümayiş olunacaq. Bunlar xovsuz xalça, xovlu xalça, xalça məmulatı, tikmə, geyim, bədii metal və çini, şüşə, ağac əşyalarından ibarətdir.

 

Tədbirdə muzeyin bərpaçıları tərəfindən açıq ustad dərsləri də keçiriləcək.

 

Sərgi sentyabrın 29-dək davam edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR