Bank Of Baku

Xalça Muzeyində II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu başlayıb

Xalça Muzeyində II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu başlayıb
# 22 may 2017 14:51 (UTC +04:00)

Azərbaycan Xalça Muzeyində “Ortaq qaynaqdan çeşidli yollar” mövzusunda II Beynəlxalq “Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu başlayıb. Muzeydən APA-ya verilən məlumata görə, simpozium Mədəniyyətvə Turizm Nazirliyi, Yunus Emre İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzi və Azərbaycan Xalça Muzeyinin təşkilatçılığı, Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin dəstəyi ilə təşkil olunub.

 

Simpoziumda Azərbaycan, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Türkmənistan və Ukraynadan aparıcı tədqiqatçılar, kolleksiyaçılar, xalçaçı rəssamlar və bu sahə üzrə digər mütəxəssislər iştirak edirlər.

 

Məqsəd simpozium vasitəsilə türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini daha da zənginləşdirmək, xalqımızın milli-mədəni dəyərlərinə olan qayğı və diqqətini, bu sahədə olan biliklərini yüksəltməkdir.

 

Simpoziumun mövzusu istənilən tarixi dövrləri – bizim eradan əvvəl, İslam və digər tarixi dövrlərdən başlayaraq bu günümüzədək olan böyük bir zamanı əhatə edir.

 

II Beynəlxalq “Türkdünyasının ortaqdili – naxışlar” simpoziumu çərçivəsində D. Kara Çobanadına Milli Qaqauziya Tarix və Etnografiya Muzeyininin eksponatlarından ibarət sərgi də keçirilib. Sərgidə qaqauz türklərinin hazırladıqları xalça, tikmə, milli geyim və digər dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunur. 

 

Simpozium mayın 24-dək davam edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR