Bank Of Baku

Xalq artisti Rasim Balayevin gözü tutulub - YENİLƏNİB

Xalq artisti Rasim Balayevin gözü tutulub   - <span style="color: red;">YENİLƏNİB
# 06 dekabr 2012 08:07 (UTC +04:00)

 

Onun sözlərinə görə, Mirzə Fətəli Axundovun həyatında bəhs edən “Sübhün səfiri” filminin çəkilişləri zamanı sağ gözündə  problem olduğunu hiss edib: “Əvvəl gözümün qarşısını alan tor arada çəkilirdisə, indi çəkilmir. Həmin gözüm demək olar ki, görmür. Yalnız tor görürəm. Hövsələm bir tikə olub, əhval-ruhiyyəm də pozulub. Getdim həkimə, dedi ki, əməliyyat olunmalıdır. Narahatlıq üçün əsas yoxdur. Gözümə mirvari suyu gəlib, həkim deyir on dəqiqənin içində həll olunacaq və gözlərim görəcək”.

 

Xalq artisti əməliyyatın gələn həftəyə planlaşdırıldığını söyləyib.

 

Xalq artisti Lent.az-a açıqlamasında səhhətində yaranmış problemlə əlaqədar yayılan müxtəlif məlumatlara aydınlıq gətirərək, bildirib ki, bir müddət öncə gözündə problem yaransa da, artıq hər şey qaydasındadır: “Gözümdə ağrılar başlamışdı. Mirvari suyu gəlirdi. Bu, çox adamlarda rast gəlinən haldır. Həkimlər iki dərman yazdılar. Onu gözümə tökürdüm. İndi keçib gedib. Həkimlər bildirdilər ki, zərurət yaranarsa, katarakta cərrahiyyəsi həyata keçirəcəklər. Amma hazırda əməliyyat olunmağım mütləq deyil”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR