Bank Of Baku

Yuğ Teatrında Argentina yazarının əsəri səhnələşdirilir

Yuğ Teatrında Argentina yazarının əsəri səhnələşdirilir
# 14 noyabr 2012 13:23 (UTC +04:00)

 

Bakı. Ülkər Rəşidqızı - APA. Azərbaycan Dövlət Yuğ Teatrında Argentina yazarı Adolfo Bioy Kasaresin “Qəbiri necə qazırlar” əsəri əsasında hazırlanan “Qəbir qazma üsulu” adlı yeni tamaşanın məşqləri gedir.

 

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı əməkdar rəssam Rəşid Şerif, rejissor assistenti Aytən Məmmədova, musiqi tərtibatçıları Ramiq Mehdi və Mələk Vəlizadədir.

 

Tamaşada Yuğ Teatrının aktyorları - əməkdar artistlər Vidadi Həsənov, Sonaxanım Mikayılova, eləcə də Yaqut Paşazadə, Oktay Mehdiyev və Hikmət Rəhimov çıxış edirlər.  Tamaşanın premyerası noyabrın sonlarına planlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR