Samux sakini intihar edib

Samux sakini intihar edib
# 29 aprel 2013 11:46 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Samux rayonu Alıuşağı kəndində intihar hadisəsi baş verib.

Samux rayon prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib. Kənd sakini, 1961-ci il təvəllüdlü Saleh Abbasov yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asaraq intihar edib.

Samux rayon prokurorluğunda cinayət işi açılıb, intiharın səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR