Azərbaycanın ən iri sement istehsalçısı cari il üçün planlarını açıqlayıb

Azərbaycanın ən iri sement istehsalçısı cari il üçün planlarını açıqlayıb
# 08 iyun 2015 10:21 (UTC +04:00)

Bakı - APA-Economics. Tamponaj sementi Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bir məhsuldur.

"APA-Economics"in xəbərinə görə, bu barədə "Norm" MMC-nin baş direktoru Hasan Yalçınkaya deyib.

Onun sözlərinə görə, Azərbaycanda tamponaj sementin istehlakı ildə 60 min ton təşkil edir.

"Strateji baxımdan, Azərbaycanın bu məhsula ehtiyacı var. Bu məhsul neft buruqlarının və dərin sularda aparılan tədqiqatlar zamanı istifadə olunur. Hazırda bu növ sementin böyük bir hissəsi Avropadan idxal olunur. Sahib olduğumuz texnologiya ilə bu məhsulun istehsalını artırmaq niyyətindəyik", - deyə H. Yalçınkaya qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR