«Muğanbank»ın aktivləri son bir ildə 22% artıb

«Muğanbank»ın aktivləri son bir ildə 22% artıb
# 18 oktyabr 2013 10:50 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın «Muğanbank» ASC-nin aktivlərinin həcmi 2013-cü il oktyabrın 1-nə 319 110,46 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,6% çoxdur. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə bankın rəsmi məlumatında deyilir.

Hesabat dövründə bankın kredit portfeli ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18,4% artaraq 235 061,41 min manat təşkil edib. Bankın məcmu kapitalı isə 50 747,86 min manata bərabər olub ki, bu da illik müqayisədə 27,7% çoxdur.

Oktyabrın 1-nə bankda olan əhalinin əmanətlərinin həcmi 90 547,6 min manat təşkil edib. Üç rüb üzrə bankın faiz gəlirləri 22 228,24 min manata, qeyri-faiz gəlirləri isə 9 261,54 min manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR