Azərbaycanda iaşə dövriyyəsinin həcmi yanvarda 25% artıb

Azərbaycanda iaşə dövriyyəsinin həcmi yanvarda 25% artıb
# 25 fevral 2013 13:37 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda iaşə dövriyyəsinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,2% artaraq 53 mln. manat olub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, özəl sektorda iaşə dövriyyəsinin 50,2%-i hüquqi şəxs statuslu müəssisələrin, 49,8%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların payına düşüb: «Ötən illə müqayisədə hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi 22,1% artaraq 27,3 mln. manat olub».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR