Beynəlxalq və Avropa İqtisadi Araşdırmaları İnstitutunun direktoru: “Ruslar və ukraynalılar tezliklə dil tapacaqlar”

Beynəlxalq və Avropa İqtisadi Araşdırmaları İnstitutunun direktoru: “Ruslar və ukraynalılar tezliklə dil tapacaqlar”
# 28 aprel 2015 13:34 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Bakı III Qlobal Forumunda müzakirələr zamanı Beynəlxalq və Avropa İqtisadi Araşdırmaları İnstitutunun direktoru Timofey Bordaçev deyib.

O qeyd edib ki, hazırda Rusiya ilə Ukrayna arasında olan problem ailədaxili münaqişədir: “Bu iki xalq eyni köklüdür, bir biri ilə düşmən ola bilməz. Hesab edirəm ki, münaqişəyə qlobal don geyindirib, bundan beynəlxalq skandal yaratmaq üçün istifadə etmək olmaz. Bu iki ölkənin xalqları eyni kökə malikdir, heç vaxt bir-biri ilə müharibə aparmayıb. Son vaxtlar baş verənlər isə kimlərinsə ucbatından yaranan ailədaxili münaqişədir ki, tezliklə həll olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR