Azərbaycan prezidentinə təbriklər gəlməkdə davam edir

Azərbaycan prezidentinə təbriklər gəlməkdə davam edir
# 04 iyun 2015 13:56 (UTC +04:00)

Bakı – APA. Tunis prezidenti Beji Kaid əs-Sebsi Azərbaycanın dövlət başçısı İlham Əliyevi 28 May – Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, Tunis prezidentinin məktubunda deyilir:

“Zati-aliləri, Milli bayramınız- Respublika Günü münasibətilə Zati-alinizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına tərəqqi və inkişaf arzulayıram. Sizinlə daha yaxından əməkdaşlıq etmək, ikitərəfli əlaqələri gücləndirmək və iki dost arasında qarşılıqlı faydaya əsaslanan mübadiləni daha da genişləndirmək istəyimi bildirirəm. Zati-aliləri, ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.

İ. Əliyevi 28 May – Respublika Günü münasibəti ilə həmçinin Myanma prezidenti Theyn Seyn, Dominikan Respublikasının prezidenti Danilo Medina, Kamboca Krallığının baş naziri Hun Sen və Kanadanın general-qubernatoru Devid Conston təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR