Ağ Ev Ukraynanın şərqində vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib

Ağ Ev Ukraynanın şərqində vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edib
# 07 aprel 2014 19:55 (UTC +04:00)

APA-nın UNN saytına istinadən verdiyi məlumata görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Cey Karni bəyan edib.

“Biz vəziyyətin gərginləşməsindən narahatıq və bunu Rusiyanın Ukraynaya qarşı təzyiqi artırmasının nəticəsi kimi qiymətləndiririk. Donetskdə referendumun keçirilməsini tələb edənlərin buna hüququ yoxdur. Əgər Rusiya Ukraynanın ərazi bütövlüyünə yönələn yeni addımlar atsa, bu nəticəsiz qalmayacaq ”, - deyə Karni bildirib.

C.Karni ABŞ prezidenti Barak Obamanın sərəncamına uyğun olaraq, Rusiyaya qarşı iqtisadi sanksiyaların genişləndirilməsinə hazır olduqlarını da bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR