Bakıda tikinti məhsulları reqlamenti və markalanması müzakirə olunur

Bakıda tikinti məhsulları reqlamenti və markalanması müzakirə olunur
# 24 fevral 2015 09:02 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakıda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Avropa İttifaqının TAİEX proqramı çərçivəsində “Tikinti Məhsulları Reqlamenti və CE Markalanması” mövzusunda 2 günlük seminar keçirilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, seminarın əsas məqsədi Azərbaycanın tikinti sahəsində qanunvericiliyini Tikinti Məhsulları Reqlamentinə (CPR) uyğunlaşdırmaqla texniki maneələri aradan qaldırmaqdır.

Seminarda Böyük Britaniyanın Avropa İttifaqının Tikinti qanunvericiliyi üzrə eksperti Adam Pinney, Bolqarıstanın Regional İnkişaf və İctimai İşlər Nazirliyinin nümayəndələri Kristina Tsalova və Tatyana Çervenkova, Latviyanın Davamlı Tikinti Şurasının nümayəndəsi Pēteris Druķis, Portuqaliyanın ASAE Ərzaq və İqtisadi Təhlükəsizlik Orqanının nümayəndəsi Marina da Conceição Pedreiro Diasın “Seminarın məqsədi və əhatə dairəsi”, “Tikinti materialları üçün CE markalanması və onun milli tikinti qanunvericiliklə əlaqələndirilməsi”, “Tikinti məhsulları üzrə Reqlamentə əsasən CE markalanması”, “Standartlara uyğun olaraq məcburi CE markalanması”, “Avropa Texniki Qiymətləndirmə Rəhbəredici sənədinə əsasən könüllü CE markalanması” və digər mövzularda mühazirələr dinlənilib.

Seminarda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əməkdaşları ilə yanaşı sertifikatlaşdırma ilə məşğul olan və tikinti sahəsində fəaliyyət göstərən təşkilatların nümayəndələri də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR