Prezident İlham Əliyev I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi ilə tanış olub - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Prezident İlham Əliyev I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisi ilə tanış olub - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 11 sentyabr 2014 14:39 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət və rəsmi nümayəndə heyəti iştirak edir.

Burada Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya Respublikası, Polşa, İsrail və Ukraynanın milli qrupları öz ekspozisiyalarını nümayiş etdirir. “ADEX 2014”-də Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin 168 adda müdafiə təyinatlı məmulatı sərgilənir.

Qeyd edilib ki, sərgidə sənaye müəssisələrinin əldə etdikləri ən yeni nailiyyətlər, quru qoşunları və hərbi-dəniz qüvvələrinin silah və texnikaları, aviasiya və aviasiya silahları, hava hücumundan müdafiə üzrə sistem və vasitələr, xüsusi təyinatlı vasitələr, informasiya texnologiyaları, rabitə sistemləri, ordunun inzibati və texniki təminatı, kosmik texnologiyalar istiqamətləri üzrə məhsullar nümayiş olunur.

Prezident İ. Əliyev sərginin pavilyonları ilə tanış olub.

***

Saat 16:29

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev “Baku Expo” Mərkəzində keçirilən I Azərbaycan Beynəlxalq Müdafiə Sənayesi Sərgisinin (ADEX-2014) açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı müxtəlif şirkətlərin məhsullarının nümayiş olunduğu stendlərə baş çəkib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin rəsmi təşəbbüsü və dəstəyi ilə keçirilən sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət, o cümlədən 19 ölkədən 22 rəsmi nümayəndə heyəti iştirak edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR